296 nəfər Mursi tərəfdarına həbs cəzası verildi

296 nəfər Mursi tərəfdarına həbs cəzası verildi
08:12 1 Dekabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Misirin hərbi məhkəməsi sabiq prezident Məhəmməd Mursinin 296 tərəfdarına bir ildən 25 ilədək həbs cəzası verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu şəxslər 2013-cü ildə İsmayiliyə əyalətindəki məhkəmə kompleksinin binasında iğtişaşlar təşkil etməkdə ittiham olunublar. O zaman təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 10 nəfər ölmüşdü.
 
Qeyd edək ki, noyabrın 15-də  Məhəmməd Mursi haqqında ölüm hökmü ləğv edilib. Lakin o, Qətərə casusluqda ittiham olunaraq 2012-ci ilin dekabrında prezident iqamətgahı qarşısında nümayişçiləri öldürməkdə günahlandırıldığına görə daha 20 il həbsxanada qalacaq.
 
Xatırladaq ki, M. Mursi 2012-ci ildə prezident seçilib. 2013-cü ilin yayında isə hərbçilər tərəfindən devrilib. Çevrilişdən sonra M. Mursi və "Müsəlman qardaşları" hərəkatının bir çox üzvləri həbs edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR