Polşada mədəndə uçqun: 8 nəfər ölü

Polşada mədəndə uçqun: 8 nəfər ölü
08:12 1 Dekabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Polşanın Polkovitse şəhərində kömür mədənində baş verən uçqun nəticəsində 8 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə mədənin direktoru Pavel Markovski bildirib.
 
Onun sözlərinə görə, insident zamanı 16 fəhlə şaxtada qapalı vəziyyətdə qalıb. Onlardan 8-in həyatını xilas etmək mümkün olub.
 
Polkovitse şəhərində 4 günlük matəm elan edilib. Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR