“Xəzər Dəniz Gəmiçiliyi”nin xarici ölkələrdəki nümayəndəlikləri ləğv edildi

“Xəzər Dəniz Gəmiçiliyi”nin xarici ölkələrdəki nümayəndəlikləri  ləğv edildi
08:22 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Türkiyə, Rusiya, İran, Qazaxıstan, Ukrayna və Türkmənistandakı nümayəndəlikləri ləğv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə" qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin  törəmə müəssisələrinin hüquqi statusu da dəyişib, törəmə hüquqi şəxslər adlandırılıb. Cəmiyyətin "Dənizçi" yardımçı kənd təsərrüfatı müəssisəsi ləğv edilib. Törəmə hüquqi şəxs statusunda "ACSC logistics" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Dənizçi" mənzil-tikinti kooperativi, xarici törəmə hüquqi şəxslər və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin iştirakçı olduğu birgə müəssisələr Cəmiyyətin strukturuna daxil edilib. "Zığ" Quru Yük Limanı və "İnflot" Dəniz Agentliyi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) siyahısına əlavə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/494624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR