KXDR-yə qarşı yeni sanksiyalar tətbiq edildi

KXDR-yə qarşı yeni sanksiyalar tətbiq edildi
08:43 1 Dekabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə sınaqlarına cavab olaraq bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.

Report xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Məlumatda bildirilir ki, şuranın bütün üzvləri yekdilliklə bu qərarın lehinə səs veriblər. Növbəti sanksiyalar kömürün, misin, gümüşün və başqa metalların ixracına, elmi sferada əməkdaşlıqlara, həmçinin Koreya Xalq Demokratik Respublikasında gəmilərin qeydiyyatlarına aiddir.

Daha əvvəl bildirilirdi ki, ABŞ beşinci nüvə sınağının ölkəylə keçirməsinə cavab olaraq Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Rəsmi Vaşinqtonun yeni sanksiyaları Şimali Koreya şirkətlərinin asan yolla valyuta qazanmalarını məhdudlaşdırmağı nəzərdə tutur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR