“Gəncə Metal-Plastik” ASC-dən MMC-yə çevrilir

“Gəncə Metal-Plastik” ASC-dən MMC-yə çevrilir
09:07 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Yanvarın 23-də, saat 11:00-da “Gəncə Metal Plastik” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, bu barədə müəssisənin Direktorlar Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq “Gəncə Metal-Plastik”in Gəncə şəhəri, Səfəvilər küçəsi, 170 ünvanında yerləşən inzibati binasında baş tutacaq. Toplantının gündəliyinə müəssisənin ASC-dən MMC-yə çevrilməsi məsələsi daxildir.
Xatırladaq ki, “Gəncə Metal-Plastik” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 310 845,78 manatdır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR