Avtomobil traktorla toqquşdu: ölən var

Avtomobil traktorla toqquşdu: ölən var
09:29 1 Dekabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu-Kürdəmir-İmişli yolunun 27-ci kilometrliyində, Kürdəmir rayonunun Qaraqocalı  kəndindən keçən hissəsində Ağsu rayon sakini, 1981-ci il təvəllüdlü Vüsal Nadir oğlu Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə eyni istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakin,i 1993-cü il təvəllüdlü Əşrəf Müslüm oğlu İsmayılovun  idarə etdiyi qoşqulu traktor toqquşub.

 

Nəticədə minik maşınında olan sərnişin Məhəmməd Nadir oğlu Əhmədov ağır xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov xəstəxanada ölüb.

 

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR