Kamran Ağayev ciddi zədələndi

Kamran Ağayev ciddi zədələndi
09:32 1 Dekabr 2016
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Portuqaliyanın "Boavista" klubunun heyətində çıxış edən millimizin qapıçısı Kamran Ağayev ciddi zədə alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli əlcək sahibi məşq zamanı sıradan çıxıb.

Diz nahiyəsindən zədə alan futbolçu tibbi müayinədən keçib. Müayinənin nəticəsinə əsasən, qolkiperin zədəsinin ciddi olduğu bəlli olub. Ağayevin çarpaz bağlarında qopma aşkarlanıb. Bu isə, qolkiperin ən azı 3-4 ay yaşıl meydanlardan kənarda qalması deməkdir. Millimizin qapıçısı "Boavista"nın əsas heyət üzvüdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR