Niderland Belçikaya 3 hektar torpaq verib, əvəzində...

Niderland Belçikaya 3 hektar torpaq verib, əvəzində...
09:32 1 Dekabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Belçika və Niderland öz aralarındakı sərhədləri sadələşdirmək üçün Maas çayı boyunca yerləşən torpaq sahələrinin dəyişilməsi barədə razılığa gəliblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat verib.
Nəşrin məlumatına görə, dövlətlər bir-birinə kiçik torpaq sahələrini güzəşt edəcək. Lakin bu, qeyri-bərabər bu mübadilə olacaq. Belə ki, Niderland qarşı tərəfə 3 hektar torpaq verəcək. Əvəzində isə qarşı tərəfdən 16 hektar torpaq sahəsi alacaq.
Dəyişikliklər 2018-ci ildə, xarici işlər nazirləri tərəfindən imzalanmış müqavilənin hər iki ölkənin parlamentləri tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minəcək.
Qeyd edək ki, hər iki ölkənin xarici işlər nazirlikləri noyabrın 28-də bununla bağlı razılığa gələrək müvafiq sənəd imzalayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR