"Azercell" internet tarif paketlərində dəyişiklik edəcək

"Azercell" internet tarif paketlərində dəyişiklik edəcək
09:47 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Yanvarın 11-dən etibarən "Azercell Telecom" şirkətinin “Hədsiz” və “Hədsiz İnternet” tarif paketləri çərçivəsində təqdim edilən internetin həcmi istifadə müddətindən tez bitdikdə müvafiq müddətin sonunadək internet istifadəsi dayandırılacaq.
“Report” xəbər verir ki, bununla da “Hədsiz” və “Hədsiz İnternet” tarif paketləri çərçivəsində təqdim edilən internet həcmindən əlavə istifadə edilən hər 1 MB üçün 0,07 manat tarifi tətbiq edilməyəcək.
Müvafiq tarif paketi yenilənənədək internet istifadəsini davam etmək istəyən abunəçilər birdəfəlik internet paketləri və ya digər şərtləri olan internet paketləri əldə edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azercell-internet-tarif-paketlerinde-deyisiklik-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR