Alt paltarı brendinin dəfiləsinə hamilə halda çıxdı - FOTOLAR

Alt paltarı brendinin dəfiləsinə hamilə halda çıxdı - FOTOLAR
09:48 1 Dekabr 2016
350 Şou
Ölkə mətbuatı
A- A+

Dünən məşhur alt paltarı brendi “Vistorias Secret”-in dəfiləsi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir ki, hamilə olduğunu gizli saxlayan İrina Şeykin podima çıxması gecənin əsas sürprizi olub.

Məlum olub ki, 30 yaşlı super modellə 41 yaşlı sevgilisi Bredli Kuper velideyn olmağa hazırlaşır. Qeyd edək ki, bu, hər iki məşhurun ilk övladı olacaq. Cütlüyə yaxın mənbələr də bu xəbəri təsdiqləyib. Lakin ulduzlar bu barədə şərh verməkdən qəti sürətdə imtina edir. Bununla belə rusiyalı model dünənki dəfilədə çıxış etməyə razılıq verib. Brendin təşkilatçıları modelin qarnını plaş vasitəsi ilə gizləməyə çalışsa da, İrinanın hamilə olduğu açıq-aydın bəlli olub.

Aytən



Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/178072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR