Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilir
10:07 1 Dekabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 1 dekabr. REPORT.AZ/ Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilir.
"Report" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə baş tutan konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri və Azərbaycanın dövlət, ictimai, din xadimləri iştirak edirlər.
Konfransı açan QMİ sədri Allahşükür Paşazadə deyib ki, bu gün çox millətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və günü-gündən inkişaf edir: "Azərbaycanda sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Burada siyasi iradə böyük önəm daşıyır". 
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əlliyevin konfrans iştirakçılarlna ünvanladığı təbrik məktubunu oxuyub.

Xəbərin orijinal ünvanı: https://report.az/din/qafqazda-dini-tolerantliq-eneneleri-ve-azerbaycanin-multikulturalizm-modeli-movzusunda-beynelxalq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR