Neftin qiyməti düşür, amma biz yenə qazanırıq...

Neftin qiyməti düşür, amma biz yenə qazanırıq...
10:42 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Neftin çıxarılması, daşınmasını və s. bu kimi xərcləri götürəndə BP-nin Azərbaycanda istehsal etdiyi neftin bir barreli təxminən 12 dollara başa gəlir. Bu baxımdan dünya bazarında neftin qiyməti hətta 4 dəfə düşsə belə, Azərbaycandakı neft istehsalçıları yenə mənfəətlə qalırlar”.

Milli.Az xəbər verir ki, bunu "Azadlıq Radiosu"na neft üzrə ekspert İlham Şaban deyib. İ.Şaban bildirib ki, Azərbaycanda büdcənin əsas donoru Neft Fondudur.

“Neftin qiyməti indiki kimi qalsa, Neft Fondundan bir ildə büdcəyə təxminən 6 milyard dollar köçürülməlidir ki, büdcə xərclərini ödəyə bilsin. Əgər neftin qiyməti illərlə belə qalsa, Neft Fondu 6 il də büdcəni maliyyələşdirə bilər. Ancaq mənim fikrimcə, Neft Fondunu sıfıra endirmək olmaz. Neft Fondunda 15 milyard dollar qalana qədər büdcəyə kömək etmək olar. Bir də ki, neft həmişə belə aşağı qalmayacaq ki...”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR