Bərdədə evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb

Bərdədə evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb
10:32 1 Dekabr 2016
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 1 dekabr. REPORT.AZ/ Bərdə rayonunda oğurluq baş verib. 
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Pişəvəri küçəsində yaşayan Ramil Ələkbərova məxsus evdə qeydə alınıb.
Belə ki, naməlum şəxs gecə saatlarında evə pəncərədən girib və oaradan külli miqdarda qızıl zinət əşyalarını oğurlayıb.
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı oğurluqda şübhəli bilinən, rayon sakini 25 yaşlı Kənan Rafael oğlu Qasımzadə saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, K.Qasımzadə R.Ələkbərovun mənzilindən oğurladığı 100 qrama yaxın qızıl-zinət əşyalarını qızıl alqı satqısı ilə məşğul olan Arif Əmrahova 2 300 manata satıb. Oğurlanan qızıllar maddi sübüt kimi geri götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir. 



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-evden-kulli-miqdarda-qizil-zinet-esyalari-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR