Tanınmışlar "Oğlan evi 2"yə yığışdı - fotolar

Tanınmışlar "Oğlan evi 2"yə yığışdı -  fotolar
11:06 1 Dekabr 2016
172 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı-aktyor İlham Qasımovun “Oğlan evi 2” filminin qala gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan gecədə sənət aləminin tanınmış simaları iştirak edib.

Ekran işində baş rolları Nicat Rəhimov, Elcan Rəsulov, Hüseyn Əzizoğlu və başqaları canlandırıb.

N.Rəhimov həyəcanlı olduğunu gizlətməyib:

“Film üzərində çox əziyyət çəkdik. İnanıram əziyyətimiz yerdə qalmayacaq. Qala gecəmiz də fərqlidir”.

Hüseyn Əzizoğlu “Bu mənim rol aldığım ilk filmdir. Şadam ki, peşəkar rejissor və aktyorlarla bir araya gəldim” deyə, bildirib.

E.Rəsulov çəkiliş prosesindən danışıb:

“Oğlan evi 1”lə bunun arasında xeyli fərq var. İlk bölüm ev fırıldaqçılarından bəhs edirdi. Bu dəfə isə avtomobil satanların problemləri əks olunub. Çəkilişlərimiz 2 ay davam etdi”.

İ.Qasımov gecədə onu tək qoymayan dostlarına təşəkkür edib.




































Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR