Hakerlər bankdan 100 milyon oğurladılar

Hakerlər bankdan 100 milyon oğurladılar
11:12 1 Dekabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya banklarından biri kiberhücum nəticəsində 100 milyon rubl vəsait itirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ölkənin mərkəzi bankı olan "Bank Rossii" hücum faktını qeydə aldıqlarını təsdiqləyib. Söhbətin hansı bankdan getdiyi açıqlanmayıb. Mərkəzi banka yaxın mənbə regional banklardan birinin filialının hücuma məruz qaldığını və filialdakı bütün vəsaitin oğurlandığını bildirib.
 
Kiberhücumun bankın istifadə etdiyi avtomatlaşdırılmış bank sistemindəki zəiflikdən qaynaqlandığı xəbər verilir. Hakerlər bankın şəbəkəsinə daxil olaraq avtomatlaşdırılmış sistemi "sındırıblar". Nəticədə sistemdən saxta ünvana iri məbləğdə pul köçürməsi həyata keçirilib. Əgər istintaq faktı təsdiqləsə, bu, avtomatlaşdırılmış bank sisteminə qarşı iri vəsaitin oğurlanması ilə nəticələnən ilk uğurlu hücum faktı olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR