Ötən ay 65 min avtomobil icbari qaydada sığortalanıb

Ötən ay 65 min avtomobil icbari qaydada sığortalanıb
11:22 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
İSB-dən “Report”a verilən məlumata görə, standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,2 milyon manatdan çox olub.
2015-ci ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12,1%, sığorta haqlarının məbləğində isə 14,5% azalma baş verib. Orta sığorta haqqı illik müqayisədə 2,5% azalaraq 80,3 manat təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/oten-ay-65-min-avtomobil-icbari-qaydada-sigortalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR