Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı başlayıb

Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı başlayıb
11:37 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Şəki. 1dekabr. REPORT.AZ/ Şəkidə 34-cü TÜRKSOY Daimi Şurasının toplantısı öz işinə başlayıb.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, konfransa TÜRKSOY-un sədri Düsen Kaseinov rəhbərlik edir. 
Toplantıda çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev il ərzində Şəkidə TÜRKSOY xətti ilə bir sıra tədbirlərin baş tutduğunu və bu gün yekun günü olduğunu bildirib.
Konfrans çərçivəsində bir sıra təsviri sənət ustalarının, rəsm sərgisinin açılışı gözlənilir. 
Daha sonra Mətbuat konfransı, mükafatlandırma və “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin bağlanış mərasimi olacaq.




Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/sekide-turksoy-daimi-surasinin-34-cu-toplantisi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR