"Fərat qalxanı"nda 100 gün: 18 türk hərbçi ölüb

"Fərat qalxanı"nda 100 gün: 18 türk hərbçi ölüb
11:42 1 Dekabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Noyabrın 30-da Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində "Azad Suriya Ordusu" ilə birgə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının 100-cü günü tamam olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu müddət ərzində əməliyyat zamanı 18 türk hərbçi şəhid olub, 2 hərbçi itkin düşüb. Onların əsir götürülərək Rakka şəhərinə aparıldığı bildirilir.

Əməliyyat nəticəsində 218 yaşayış məntəqəsinə nəzarət ələ keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR