Maliyyə naziri manatın devalvasiyasından DANIŞDI

Maliyyə naziri manatın devalvasiyasından DANIŞDI
11:43 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

“Devalvasiyanın baş verməsinə baxmayaraq, hazırda manatın məzənnəsi yenə də təzyiqlərə məruz qalır”.

Publika.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı bildirib.

S.Şərifov deyib ki, xərclərin optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub.

Onun sözlərinə görə, xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur:

“Neftin qiymətinin büdcədə nəzərdə tutulan 40 dollar bareldən daha da azalması, qeyri-neft sektorunda artım nəzərdə tutulan səviyyədə olmaması, (2017-də ÜDM 1 faiz artımı, qeyri-neft sektoru üzrə ÜDM-in 2,5 faiz səviyyəsində artımı) artımın gec olması və xarici mühitdəki digər mənfi meyllər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkün ola bilər. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/178092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR