Bakı Ali Neft Məktəbi "Bilik sərgisi"ndə təmsil olundu - FOTO

Bakı Ali Neft Məktəbi "Bilik sərgisi"ndə təmsil olundu - FOTO
11:47 1 Dekabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Bakı İstedadlar Təhsil Kompleksində Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən "İkinci Bilik Sərgisi"ndə iştirak ediblər. Kompleksin 7-10-cu sinif şagirdlərinin 35-dən çox müxtəlif mövzuda hazırladıqları layihələrə Bakı Ali Neft Məktəbi ilə yanaşı, Qafqaz Universiteti, AMEA Botanika İnstitutu, STEM təhsil mərkəzi, ULTRA Texnologiyalar şirkəti, HELP Mühəndislik proqramı və Alma store şirkətləri də öz stendləri ilə dəstək olmuşlar. Bu sərgidə şagirdlər dərsdə təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə etdilər.

Milli.Az xəbər verir ki, sərginin açılış mərasimində iştirak edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şagirdləri və müəllimləri təbrik edib, Beynəlxalq məktəb olaraq belə tədbirlərin keçirilməsinin önəm və əhəmiyyətindən danışdı. Bakı İstedadlar Təhsil Kompleksinin direktoru Sigve Austheim sərgidə iştirak edən şagirdləri təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Daha sonra qonaqlar şagirdlərin hazırladıqları layihələrlə tanış oldular.

"Bilik sərgisi" münsiflər heyəti tərəfindən seçilən şagirdlərin sertifikat, medal və hədiyyələrlə mükafatlandırılması mərasimindən sonra konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, qlobal istiləşmə, iqlim dəyisikliklərinə həsr olunan bu bilik sərgisində Ekologiya kateqoriyasında seçilən qalib şagirdlər BİTK-i dünyanın müxtəlif ölkələrində təşkil olunan Beynəlxalq Layihə Olimpiadalarında təmsil edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR