"Qarabağ": 15-ci qələbə, məğlubiyyətsiz 20 matç

"Qarabağ": 15-ci qələbə, məğlubiyyətsiz 20 matç
11:57 1 Dekabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Ağdamın “Qarabağ” klubunun ev oyunlarındakı üç uğurlu seriyasından biri qırılıb. Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki,Topaz Premyer Liqasının XIII turunun “Qəbələ” ilə ev oyununda 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ardıcıl 15-ci qələbəylə məğlubiyyətsiz matçlar seriyasını 20-yə çatdırıb. 


Lakin ağdamlılar 244 gündən sonra qapısında qol görüb. Əyalət təmsilçisi öz meydanında sonuncu dəfə ötən mövsümün “Rəvan”la matçında top buraxmışdı. Martın 30-da keçirilən görüşdə 5:1 hesabı ilə qalib gələn “Qarabağ” 68-ci dəqiqədə Yasin Həmidin qoluna üzülmüşdü. Bundan sonra 10 matç qonaqlara qol sevinci bəxş etməyən ağdamlıları bu dəfə 64-cü dəqiqədə Filip Ozobiç məyus edib. Evdə 986 dəqiqə qol buraxmayan Ağdam klubu öz meydanındakı quru oyunlar ardıcıllığında öz tarixinin rekordunu rəsmiləşdirib.


Bu, Azərbaycan çempionatları tarixində 3-cü nəticədir. “Qarabağ”ın 2 addımı çatmayan mütləq rekord 2003-05-ci illərdə ardıcıl 12 ev oyununda qol buraxmayan “Neftçi”yə məxsusdur. Digər paytaxt klubu “Xəzri” isə 11 ev oyununu quru keçirib.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-15-ci-qlb-mlubiyytsiz-20-matc-t54604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR