Komitə sədri: “İcbari tibbi sığortanı nə qədər tez həyata keçirsək, faydalı olacaq”

Komitə sədri: “İcbari tibbi sığortanı nə qədər tez həyata keçirsək, faydalı olacaq”
11:58 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

“Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və manatın ucuzlaşması və bəzi sahələrdə kəskin qiymət artımının baş verməsi şəraitində 2017-ci ilin Dövlət Büdcəsini formalaşdırmaq asan məsələ deyil idi”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün parlamentdə keçirilən 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Ə.Əmiraslanov deyib ki, bütün çətinliklərə baxmayaraq, hökumət bu işin öhdəsindən uğurla gəlib.

Komitə sədri icbari tibbi sığorta ilə bağlı artıq addımların atılmasını da təqdir edib:

“Cənab Prezidentin sərəncamı ilə 2017-ci ildə Yevlax və Mingəçevirdə pilot layihələrə başlanılacaq. Hansı ölkələr ki, icbari tibbi sığortanı tətbiq ediblər, onlar səhiyyə sahəsində böyük uğurlar qazanıblar. Biz icbari tibbi sığortanı nə qədər tez həyata keçirsək, bir o qədər faydalı olacaq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/178095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR