Azərbaycanda bankdan oğurluq edən polis əməkdaşına HÖKM OXUNDU

Azərbaycanda bankdan oğurluq edən polis əməkdaşına HÖKM OXUNDU
12:05 1 Dekabr 2016
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan sabiq polis əməkdaşı Arif Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Əhmədov son söz deyib.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Əhmədov "Bank Standart"da mühafizəçi işləyib. O, bankdakı "Milliön"" aparatından gizli yolla 261 min manat oğurluq edib. Sonradan həmin pulun bir hissəsini qumarda uduzub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR