Play Store

ABŞ-da etiraz aksiyası: saxlanılanlar var

ABŞ-da etiraz aksiyası: saxlanılanlar var
12:12 1 Dekabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Şarlott şəhərinin sakinləri etiraz aksiyası keçiriblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sakinlərin etirazına səbəb prokurorluğun afroamerikalıya atəş açan polis zabitinə qarşı ittiham irəli sürülməməsi barədə qərarı olub.

Aksiya zamanı 4 nəfər saxlanılıb.

Qeyd edək ki, 43 yaşlı afroamerikalı Kit Lamont Skott sentyabrda polis tərəfindən güllələnmişdi.

Ümumiyyətlə, son günlər ABŞ-da polisin qaradərili vətəndaşlara atəş açması halları artıb. Lakin heç bir polis əməkdaşına qarşı ittiham irəli sürülməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR