Azərbaycan iqtisadiyyatına 10 milyard dollar yatıran ölkə

Azərbaycan iqtisadiyyatına 10 milyard dollar yatıran ölkə
12:17 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

"ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes-forumunda deyib.

Nazir müavini qeyd edib ki, ABŞ şirkətlərinin Azərbaycanda investisiyaları bu vaxtadək 10 milyard dollar təşkil edib: "Təkcə neft sektoruna 9 milyard dollar yatırılıb. İnvestisiyalar daim artır ki, bu da Azərbaycandakı əlverişli investisiya mühitindən xəbər verir".

S.Babayev bildirib ki, ABŞ iqtisadiyyatına qoyulan Azərbaycan sərmayələri isə təqribən 3 milyard dollar təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/494700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR