“Neft daşları” yatağında yeni quyu istismara verilib

“Neft daşları” yatağında yeni quyu istismara verilib
12:42 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında yeni quyu qazılaraq istismara verilib. “Report” SOCAR-a istinadən xəbər verir ki, söhbət 1637A saylı estakadayanı meydançada yerləşən 2646 nömrəli quyudan gedir.
Quyu Girməkialtı lay dəstəsi (1 010-1 005 metr intervaldan) horizontundan qazlift üsulu ilə mənimsənilib və sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. 
Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neft-daslari-yataginda-yeni-quyu-istismara-verilib-11111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR