Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
12:52 1 Dekabr 2016
186 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, arabir zəif duman. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. 
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/sabaha-olan-hava-proqnozu-aciqlanib01122016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR