"...bu sülh prosesini öldürmək deməkdir" - Elmar Məmmədyarov

"...bu sülh prosesini öldürmək deməkdir" - Elmar Məmmədyarov
13:04 1 Dekabr 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

 

"Son vaxtlar Ermənistan tərəfdən xoşagəlməz bəyanatlar gəlir".

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinadan olan həmkarı İqor Çrnadakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

O, bu bəyanatları izlədiklərini deyib: "Bu bəyanatlar sülh prosesində mənfi rol oynayır. Görüşlərdə danışıqlar bu şəkildə aparılmır. Danışıqların hansı istiqamətində aparılması sirr deyilir. Müzakirə olunan sənəddə də qeyd olunur ki, Ermənistan qoşunları işğal olunmuş ərazidən mərhələli şəkildə çıxarılmalıdır. Status məsələsi də müzakirə olunur. Lakin əgər ilk mərhələdə statusu qaldırsaq, bu sülh prosesini öldürmək deməkdir. Çünki gərək azərbaycanlı icması Qarabağa qaytarılmalıdır. Onlar da oranın sakinləridirlər".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261137

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR