"Ermənistan Dağlıq Qarabağ üzrə danışıqlardan yayınır"

"Ermənistan Dağlıq Qarabağ üzrə danışıqlardan yayınır"
13:37 1 Dekabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan yayınır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bakıda Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə keçirilən görüşdən sonra mətbuat nümayəndələri üçün təşkil edilmiş brifinqdə deyib.

E.Məmmədyarov əlavə edib ki, rəsmi İrəvan Fransa tərəfinin Hamburqda "3+2" formatında görüş keçirilməsi təklifinə hələ də cavab verməyib:

"Bu isə o deməkdir ki, Ermənistan danışıqlardan yayınır, sülh prosesinə dəstək vermir".

Ermənistan tərəfinin Dağlıq Qarabağın ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi barədə bəyanatına münasibət bildirən Azərbaycan XİN rəhbəri bildirib ki, bu cür bəyanat danışıqlar prosesinə mənfi təsir göstərir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR