Son 2 gündə Bakı metrosunda ikinci İNTİHAR CƏHDİ - YENİLƏNİB

Son 2 gündə Bakı metrosunda ikinci İNTİHAR CƏHDİ  - YENİLƏNİB
13:49 1 Dekabr 2016
420 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakı metrosunda intihara cəhd edən şəxsin adı açıqlanıb. "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, intihara cəhd edən şəxs 1989-cu il təvəllüdlü Sadıxov Murad Məhəmməd oğludur.  Hazırda onun vəziyyəti qənaətbəxşdir. İntihara cəhd edən şəxs maşinistin sayıqlığı nəticəsində sağ qala bilib. 

 

 

***  

 

13:40

 

Bakı Metrosunda daha bir insident olub.

 

APA-nın məlumatına görə, hadisə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında qeydə alınıb. 30-35 yaşlarında kişi özünü qatarın altına atıb. Maşinistlər qatarı vaxtında dayandıra bildiyindən ona heç nə olmayıb.

 

Hazırda intihara cəhd edənin kimliyi və bu addımı atmasının səbəbi müəyyənləşdirilir.

 

Qeyd edək ki, Bakı metrosunda dünən də analoji hadisə baş vermişdi.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR