Quldurluqda təqsirləndirilənə ağır cəza tələbi

Quldurluqda təqsirləndirilənə ağır cəza tələbi
13:54 1 Dekabr 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün quldurluqda təqsirləndirilən Natiq İbadov və əmisi oğlu Orxan İbadovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqında da sübuta yetirildiyini deyib. Prokuror N.İbadovun 10 il, O. İbadovun isə 11 il azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 8-də davam etdiriləcək.

 

Qeyd edək ki, hadisə bu il aprelin 9-da Səbail rayonunun Badamdar qəsəbəsində baş verib. Şamaxı rayon sakinləri N.İbadov və əmisi oğlu O.İbadov Bakı şəhər sakini Emin Fərzəliyevdən pulunu və mobil telefonunu quldurluq yolu ilə alıb hadisə yerini tərk etmək istəyiblər. Lakin onlar Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıblar. İbadovlar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR