Nazir də Hesablama Palatasının təklifinə qarşı çıxdı

Nazir də Hesablama Palatasının təklifinə qarşı çıxdı
13:58 1 Dekabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Maliyyə naziri Samir Şərifov dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin vergiyə cəlb olunması ilə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təklifinə münasibət bildirib.

Publika.az xəbər verir ki, S.Şərifov Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı sözügedən məsələnin hökumət qarşısında qaldırıldığını söyləyib.

Nazir deyib ki, bununla bağlı Vergi Məcəlləsində dəyişiklik nəzərdə tutulmur:

“Adambaşına maliyyələşmə ilə bağlı mütərəqqi iş görülüb. Dövlət ali təhsil müəssisələri tərəfindən səmərəli işlər görülür. Bu, o demək deyil ki, biz ali təhsil müəssisələrini vergiyə cəlb etməliyik. Digər ölkələrdə də ali təhsil müəssisələri qeyri-kommersiya qurumları kimi fəaliyyət göstərir. Hesab edirik ki, təhsil haqlarından toplanan vəsaitlər ali təhsil müəssisələrinin idarə olunmasına və inkişafına yönəlməlidir”.

S.Şərifov qeyd edib ki, vəsaitlərdən düzgün və səmərəli istifadə olunması baxımından ali təhsil müəssisələrində korporativ idarəetmə standartları tətbiq olunmalıdır:

“Müəyyən əhali kateqoriyalarına güzəştlərin edilməsi məsələsi də ali təhsil müəssisələrinin sərəncamına verilə bilər”.

Xatırladaq ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin mənfəət və əmlak vergisinə cəlb olunması məsələsinə baxılacağını bildirib:

O deyib ki, dövlət ali təhsil müəssisələrinin fəaliyyətinə büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq zərurəti yaranıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/178121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR