ADİF multi-bank sistemi yaradıb

ADİF multi-bank sistemi yaradıb
14:12 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) ləğvedicisi olduğu 11 bank - "Royal Bank", "Bank of Azerbaijan", "Atrabank", "Qafqaz İnkişaf Bankı", "Texnikabank", "Dekabank", "Kredobank", "Parabank", "Zaminbank", "Bank Standard" və "Gəncəbank" vahid informasiya sistemi ilə idarə olunacaq. 
Bunu “Report”a açıqlamasında ADİF-in icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, bu məqsədlə rəhbərlik etdiyi qurum multi-bank sistemi yaradıb: “Hazırda ləğvetmə prosesində olan bankları bu sistemə keçiririk. Artıq “Bank Standard” və “Qafqaz İnkişaf Bankı” multi-banka əlavə olunub. İndi “Zaminbank”ın üzərində işləyirik. Tədricən digər banklar da bu sistemə keçiriləcək və 11 bank ayrı-ayrılıqda deyil, vahid mərkəzdən idarə olunacaq”.
A.Cavadov qeyd edib ki, vahid informasiya sisteminin yaradılmasında məqsəd bankların ləğv edilməsi prosesindəki şəffaflığı təmin etməkdir: “Bu sistemdə bütün bağlanmış banklarla bağlı real vəziyyət əks olunacaq. Onların satışda olan əmlakları aydın şəkildə görünəcək və əgər hansısa əmlak satılsa, dərhal sistemdən çıxmış olacaq”.
ADİF rəhbəri bağlanmış banklara məxsus daşınmaz əmlakların satışı ilə bağlı son vəziyyəti də açıqlayıb: “Hələ ki, inventarlaşdırma gedir. Dekabrın 15-nə qədər bu işləri başa çatdırmağı və bu məqsədlə yaratdığımız www.emlak.adif.az saytında satışa çıxarmağı planlaşdırırıq”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/adi-f-multi-bank-sistemi-yaradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR