"Bakı Metropoliteni" intihar cəhdləri ilə bağlı vətəndaşlara müraciət etdi

"Bakı Metropoliteni" intihar cəhdləri ilə bağlı vətəndaşlara müraciət etdi
14:14 1 Dekabr 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

 

"Bakı Metropoliteni" son günlər metroda intihar cəhdləri ilə əlaqədar vətəndaşlara müraciət edib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Lent.az-a açıqlamasında deyib ki, son iki gündə metroda ikinci intihar cəhdinin qeydə alınması narahatlıq yaratmaya bilməz: "Hər iki hal yalnız və yalnız maşinistlərimizin sayıqlığı nəticəsində faciə ilə nəticələnməyib. Vətəndaşlar öz həyatları ilə bərabər, maşinistlərin həyatı üçün də təhlükə yaradırlar. Eyni zamanda belə hadisə zamanı metrodan istifadə edən yüzminlərlə sərnişin də böyük narahatlıq keçirir, gecikmələr yaranır.

 

 Vətəndaşlardan öz həyatlarına və ətrafdakı insanların həyatlarına diqqətlə yanaşmağı xahiş edirik".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR