Xurşud Banu Natəvanın geyimləri sərgidə

Xurşud Banu Natəvanın geyimləri sərgidə
14:19 1 Dekabr 2016
76 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının  ( AMEA)  Milli Azərbaycan Tarixi Muzeyində  “Qadın geyim bəzəkləri” adlı sərgi təşkil olunub.

 

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Qadın geyim bəzəkləri” sərgisində görkəmli Azərbaycan şairəsi, xan qızı Xurşud Banu Natəvanın geyimləri ilk dəfə kompleks şəkildə nümayiş etdirilir. 

 

Xan qızının fondda mühafizə olunan yeddi saxlama vahidi geyimindən dördü nümayiş olunur. Bu geyimlər zərxaradan tikilmiş, boynu və yaxası baftalı köynəkdən, məxmərdən tikilmiş və qol ağzı güləbətin tikmə üsulu ilə bəzədilmiş nimtənədən, qaz parçadan tikilmiş və ətəyinə baftadan bəzək verilmiş tumandan, muncuq tikmə üsulu ilə bəzədilmiş başmaqdan ibarətdir.

 

Sərgidə, həmçinin X.B.Natəvanın öz əli ilə tikdiyi yaxalıq da nümayiş olunur.

 

 Bildirək ki, X.B.Natəvanın muzeydə mühafizə olunan şəxsi əşyaları haqqında məlumatlarla “Xan qızı”nın anadan olmasının 180 illiyinə həsr olunmuş “Xurşid Banu Natəvan-180” adlı kataloqda tanış olmaq mümkündür.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR