Komitə sədri: "59 inzibati ərazi dairəsində torpaq mübahisələri var"

Komitə sədri: "59 inzibati ərazi dairəsində torpaq mübahisələri var"
14:22 1 Dekabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədri qeyd edib ki, 362 inzibati ərazi dairəsinin ərazi məsələləri sual altında qalıb: "Çünki onlar işğal altında olan ərazilərdir. Bu məsələ hələ həll olunmayıb".

İnzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsinin çox mürəkkəb bir iş olduğunu deyən A.Rəhimzadənin sözlərinə görə, qanunvericiliyə əsasən, bu məsələlər "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunla və "İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiya haqqında" qanunla həll olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR