Bacısının başını kəsən qız azadlıqda - ŞOK

Bacısının başını kəsən qız azadlıqda - ŞOK
14:28 1 Dekabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

2014-cü ilin oktyabr ayında bacısının başını kəsdiyinə görə həbs olunan Şəki sakini Pərvanə Etibar qızı Nuriyeva azadlığa buraxılıb.

Bakının Xudu Məmmədov küçəsi 18 ünvanında kirayə yaşadıqları mənzildə 20 yaşlı bacısı Günel Nuriyevanın boğazını kəsərək öldürən Pərvanə Nuriyeva hazırda Şəki şəhərindədir. Bildirilir ki, Şəkinin imkanlı şəxslərindən hesab edilən Etibar Nuriyevin evi ciddi şəkildə qorunur, evə ailənin yaxın adamlarından savayı kimsə buraxılmır.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bacısını qətlə yetirən qız barəsındə məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarılmış və o, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdi. (olke.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR