Play Store

Gələn il Azərbaycan əhalisinin sayı 9,822 mln. nəfərə çatacaq

Gələn il Azərbaycan əhalisinin sayı 9,822 mln. nəfərə çatacaq
14:42 1 Dekabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ "2017-ci ilin sonuna Azərbaycan əhalisinin sayının 9,822 mln. nəfərə çatacağı gözlənilir". "Report"un verdiyi xəbərə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
Gələn ilin sonuna doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşadək olanların bütün əhalinin 22,5%-ni, 15-64 yaş - əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı - əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir.
2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1,52 mln. nəfər və ya məşğul əhalinin 32,1%-i qədər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3,22 mln. nəfər olacağı proqnozlaşdırılır.
Hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3,7% artaraq 508 manata çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/gelen-il-azerbaycan-ehalisinin-sayi-9-822-mln-nefere-catacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR