I divizionda noyabrın ən yaxşı qolu seçilir - VİDEO

I divizionda noyabrın ən yaxşı qolu seçilir -   VİDEO
14:57 1 Dekabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I divizion yarışlarını da daim diqqətdə saxlayır. Fanat.Az xəbər verir ki, təşkilatçı qurum 3-cü dəfə I divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.


I divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçəcək. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar.  


Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar. 


Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Əgər hər iki tərəfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək.  


Qeyd: Saytımızda sorğununun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib noyabr ayında I Divizionda vurulmuş 5 gözəl qolu izləyib, seçiminizi edə bilərsiniz. Sorğu 9  dekabradək qüvvədə olacaq.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR