Sabirabadda 5 otaqlı ev külə döndü

Sabirabadda 5 otaqlı ev külə döndü
15:12 1 Dekabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadda yanğın faktı qeydə alınıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, rayonun Yenikənd kəndində vətəndaşa məxsus, ümumi sahəsi 252 m2 olan birmərtəbəli, 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR