Tanınmış iş adamının toya hazırlaşan oğlu qəfildən öldü

Tanınmış iş adamının toya hazırlaşan oğlu qəfildən öldü
15:13 1 Dekabr 2016
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda tanınmış iş adamının gənc oğlu qəfildən dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb.

Belə ki, 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. Ş.Əliyev qardaşını xəstəxanaya çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin dediyinə görə o, infarkt keçirib.

Qeyd edək ki, A.Əliyev "Qarabağ Broyler MMC"-nin və "Şəhriyar" şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqmış. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/178134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR