İlham Əliyev yenidən prezident seçildi

İlham Əliyev yenidən prezident seçildi
15:23 1 Dekabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Olimpiya Komitəsində (MOK) Hesabat-Seçki Konfransı keçirilib. Azərbaycan prezidenti İlham Əliyev yenidən MOK prezidenti seçilib.

Bunu jurnalistlərə açıqlamasında qapalı keçən iclasdan sonra gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, konfrans iştirakçıları yekdilliklə 1997-ci ildən bu vəzifədə olan İlham Əliyevə səs veriblər: “İdman ictimaiyyəti adından idmançıların əsl mənada böyük dostu, idmana dəstək olan cənab prezidenti təbrik edirik. Bu günki nailiyyətimizə təkan verən insandı”.

Qeyd edək ki, bu gün MOK-un vitse-prezidentləri, baş katibi, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri məlum olacaq. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/178136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR