Eyni valın həmin üzü

Eyni valın həmin üzü
15:27 1 Dekabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Əvvəldən başlayaq! 

Başlasaq görərik ki, elə əvvəl də indiki kimi olub. Eyni valın həmin üzü. Xatırlayırsınızsa, Sadıq Sadıqovlu “Neftçi”nin dövründən bu yana, çempion olmaq istəyən komanda hakimlərə təzyiq, AFFA və ya PFL-ə mesajlar verir. “Neftçi”nin bu bəyanatlarının dəfələrlə şahidi olmuşuq. Elə, “Qarabağ” rəsmilərinin də etirazını eşitmişik. İndi də “Qəbələ”nin. Söhbət təkcə bu üç klubdan  getmir. Yazdıqlarımın yerinə zaman-zaman çempionluğa iddialı ixtiyari klubun adını yaza bilərsiniz. Söhbət adlardan getmir e, məsələ bəyanatların eyni olmasındadı. Məsələ heç bunda da deyil. Həmin klublar növbəti və ya həmin ili çempion olublar. Dərd ondadır ki, zaman-zaman, palaz-palaz  bəyanat, mesaj verən klublar birbaşa olmasa da əlaltıları vasitəsi ilə mətbuatı laqeydlikdə, digər kluba yarınmaqda ittiham edib. Çox qəliz danışdım? Sadələşdirək...

Tofiq Bəhramov adına Respublika stadionunda dava düşüb. Bir futbolçu döyülüb. Klub rəsmisi dərhal jurnalistləri yığıb futbolçunun vəziyyətini göstərib danışırdı. Jurnalistlə klub rəsmisinin kiçik dialoqu:

K.R

- Belə olmaz, bu cür Azərbaycan futbolu inkişaf etməz. Bu məsələ belə qalmayacaq. Siz də gördünüz, şahidsiniz......

J.

- Bəy, kim vurdu?


- Siz görmədiz?


- Gördüm, bəs siz görmədiz?   


- Mən də gördüm.


- Deyindəə kimin vurduğunu, adını çəkin...


- Ad çəkmirəm! Gördünüzdəə  yazın...

Hə, əvvəldən bu günə kimi vəziyyət belədi. Nə “Neftçi” açıq-aşkar “Qarabağ”ı çempion etmək istəyirlər dedi, nə də “Qarabağ” tərəfi “Neftçi”ni hakimlər dartır söylədi. Hər ikisi hakimləri və PFL-i hədəf göstərdi. Demirəm hədəf yalnışdı, amma, açıq danışmadılar heç vaxt. Yadda qalan mətbuat katiblərinin sosial şəbəkədə atışması və orda həqiqətə yaxın nəsə demələri idi.

İndi də əvvəlki kimi deyilmi? 

Nəzərinizə, “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun dünənki müsahibəsindən sitat:

- Turun digər oyununda “İnter”in 1 futbolçusuna qırmızı, 3 futbolçusuna sarı vərəqə verildi. “İnter” növbəti turda “Qarabağ”la qarşılaşır həmin sarı vərəqə alan oyunçuların hər biri limiti doldurdular. Beləliklə, “İnter” “Qarabağ” önünə 4 vacib oyunçusu olmadan çıxacaq. Deyilənə görə, hakimlər “Qarabağ”ın yolunu təmizləmək üçün tez-tez bu üsula əl atırlar. Siz necə fikirləşirsiniz?

- Dediklərinizə inanmıram. İnanmaq istəmirəm. Ümid edirəm ki, Azərbaycan futbolunda belə iyrəncliklər yoxdur. Biz heç vaxt belə işlər görməmişik və kiminsə gördüyü haqqında da heç bir sübutumuz yoxdu.

Fariz müəllim sübut yoxdu deyir. Jurnalistin dediklərinə inanmır. Vəssalam!!!

İndi keçək sosial şəbəkəyə.

Bu tip “qırğınlarda” mətbuatı qınayanlar çox olub. Əsasən də sosial şəbəkələrdə. Azarkeş və yaxud azarkeş kimilərin  klub rəsmilərinin  yazdığı  statusların  altindan ağızlarına gələni mətbuatın ünvanına yazırlar. Azarkeşdi, eybi yox. Amma elələri var ki... Guya jurnalistdi, həm də, guya ağıllıdı. Özünü gözə və yaxud marağında olduğu alternativ yerə soxmaqla  ağıl, savad, etika, jurnalistika dərsi keçməyə çalışması, insanın nitqini qurudur. Onlara  da “eybi yox” deyib keçmədən öncə qulaqlarından tutub yazını oxumağı rica edirəm. 

 Tamam, “Jurnalist cəmiyyətin itidi” dedik, “qapı itidi” demədik ki, kim gəldi “fu” edib kiminsə üstünə göndərsin.

Hörmətsiz ağzı və ağlı göyçəklər, qalstuklu eşşəklər, mediaya dərs keçib birtərəfli işləməkdə medianı suçlayanlar, “Qəbələ” rəsmiləri PFL və hakimlikdən başqa ad çəkmir. Desinlər ki, “Qarabağ”ı çempionluğa aparırlar” onu da yazaq. Şəxsən mənim üçün heç bir fərqi yoxdu. Amma, onların demək istəyib deyə bilmədiklərini, mən niyə deməliyəm? Düz demirəm?



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-eyni-valn-hmin-uzu-t54614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR