Şura 2017-ci il üçün qrant müsabiqəsi elan edib

Şura 2017-ci il üçün qrant müsabiqəsi elan edib
15:34 1 Dekabr 2016
290 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün qrant müsabiqəsi elan edib.

 

Şuradan Lent.az-a verilən məlumata görə, təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 12 ayadək ola bilər.

 

Müsabiqə üzrə ərizələrin qəbulu dekabrın 1-dən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılır. Müsabiqə qalibləri 2017-ci il martın 1-dən sonra elan olunacaq.

 

Müsabiqə elanının mətni, qaydaları, şərtləri və digər sənədləri ilə Şuranın   e-qht.az, qhtxeber.az və cssn.gov.az saytları vasitəsi ilə tanış olmaq mümkündür. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR