Bakıda həmyerlisini öldürməkdə təqsirləndirilən Rusiya vətəndaşının şikayəti əsasında məhkəmə başlayıb

Bakıda həmyerlisini öldürməkdə təqsirləndirilən Rusiya vətəndaşının şikayəti əsasında məhkəmə başlayıb
15:37 1 Dekabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Aleksandr Aleksandroviç İvanyukun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
“Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 15-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2014-cü ilin sentyabr ayının 21-də Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 104 saylı binanın 44-cü mənzilində baş verib. Həmin ünvanda Rusiya vətəndaşları A.İvanyuk və Sergey Siçenkov arasında mübahisə yaranıb. Belə ki, S.Siçenkovun 100 manat pulu itib. Bundan sonra A.İvanyukdan şübhələndiyini bildirib. Daha sonra S.Siçenkov A.İvanyuku döyüb. Bu zaman A.İvanyuk S.Siçenkovu eyvandan aşağı atıb. Hadisə nəticəsində S.Siçenkov ölüb.
Fakt üzrə Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə A.İvanyuk barəsində cinayət işi başlanılıb.
İstintaq zamanı CM-in 124-cü maddəsi həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif olunub və Nərimanov Rayon Məhkəməsində A.İvanyuk barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq və məhkəmə zamanı A.İvanyuk özünü təqsirli bilməyərək göstərib ki, o, S.Siçenkovu öldürməyib. O ifadəsində bildirib ki, S.Siçenkov onu döyən zaman o, eyvanda yarı yıxılı vəziyyətdə olub. A.İvanyuk deyib ki, həmin zaman S.Siçenkovun ayaqlarından tutub saxlamağa cəhd edib, lakin mərhum arxası küçəyə olan vəziyyətdə məhəccərdə oturduğundan onu yenidən təpiklə vurmaq istəyəndə müvazinətini itirərək aşağı yıxılıb. Məlum olub ki, S.Siçenkov həmin gün spirtli içki qəbul edib. Təqsirləndirilən şəxs bildirib ki, hadisə ani baş verdiyindən o, S.Siçenkovu tutub saxlaya bilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.İvanyuk 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Ülkər Yusifova apellyasiya şikayəti verib. Bakı Apllyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Daha sonra işə Ali Məhkəmədə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, A.İvanyuk barəsində Bakı Apllyasiya Məhkəməsinin qərarı ləğv edilib, cinayət işinə yenidən baxılması üçün Bakı Apllyasiya Məhkəməsinə göndərib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, A.İvanyukun apellyasiya şikayəti təmin edilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövvlət ittihamçısı kassasiya protesti verib. İş yenidən Ali Məhkəmədə baxılıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun kassasiya protesti qismən təmin edilib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv edilib. İş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, hər iki şəxs Rusiya şirkətlərindən birinin əməkdaşları olub və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin verdiyi sifarişi yerinə yetirmək üçün Bakıya gəlib. Sifarişə əsasən, onlar səfirlikdə videogörüntü və mühafizə sistemlərini quraşdırmalı idi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mobil qurğular üçün 1 terabaytlıq sərt disk təqdim olunub

21 Sentyabr 2017 14:35

Rusiyalı general və polkovnik Suriyada güllələndi

21 Sentyabr 2017 14:33

İlham Əliyevdən Ermənistanı qorxuya salan sözlər və İRƏVANA SON XƏBƏRDARLIQ

21 Sentyabr 2017 14:33

Azərbaycanın Koreyadakı səfirinə “İlin Səfiri” mükafatı təqdim edilib

21 Sentyabr 2017 14:32

Pərvin Abıyeva hansı milyonçunun seksual "qızı" imiş?

21 Sentyabr 2017 14:30

Türkiyə və Rusiya prezidentlərinin müzakirə edəcəyi əsas mövzular açıqlanıb

21 Sentyabr 2017 14:27

"Alveş Neymarın faşihəsi kimidi"

21 Sentyabr 2017 14:27

Faiq Ağayev saçını rəngləyən kişiləri müdafiə etdi - VİDEO

21 Sentyabr 2017 14:24

CİA-nın qurduğu ŞOK PUSQU: MİT-in planı necə İFŞA EDİLDİ?

21 Sentyabr 2017 14:23

Azərbaycanlı şair yeni din yaradır, dini kitab yazır"

21 Sentyabr 2017 14:21

Dörd dövlətin xəritədə qalmaq üçün ÖLÜM-DİRİM MÜBARİZƏSİ

21 Sentyabr 2017 14:18

Azərbaycanda zəlzələ baş verdi

21 Sentyabr 2017 14:12

İllər onu belə dəyişdi...

21 Sentyabr 2017 14:10

Gömrük Komitəsindən iddialara SƏRT REAKSİYA

21 Sentyabr 2017 14:08

Sabahdan Məhərrəm ayı başlayır

21 Sentyabr 2017 14:07

Dünya liderləri və həyat yoldaşları BMT-də... - FOTOLAR

21 Sentyabr 2017 14:04

Dekabrda dollar yenidən bahalaşacaq

21 Sentyabr 2017 13:59

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu azalmağa davam edir

21 Sentyabr 2017 13:57

Moldova prezidentinin istefası təklif edilib

21 Sentyabr 2017 13:57

Keniyada ağ rəngli zürafə ailəsi tapılıb - İlk dəfə - FOTOLAR

21 Sentyabr 2017 13:53

2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub

21 Sentyabr 2017 13:52

Sergen Yalçın istefa verdi

21 Sentyabr 2017 13:47

"Zirə" -"İnter" və "İnter" - "Neftçi" oyunları təxirə salndı

21 Sentyabr 2017 13:47

Azərbaycanlı müğənni gözəllik yarışmasına qatıldı - FOTOLAR

21 Sentyabr 2017 13:44

Azərbaycanda “ANALOQU” OLMAYAN XİDMƏT: 7 milyon insan belə aldadılır

21 Sentyabr 2017 13:38

Fransada əsas müxalifət partiyasının sədr müavini istefa verib

21 Sentyabr 2017 13:37

"S&P" Çinin reytinqini azaldıb

21 Sentyabr 2017 13:37

Xanımları hələ də "dəli" edən yaşlı məşhurlarımız

21 Sentyabr 2017 13:35

Ali Məhkəmədə silahlı qarşıdurma

21 Sentyabr 2017 13:33

Lənkəraniski mahnısı iki gəncin HƏYATINI MƏHV ETDİ - BAKIDA

21 Sentyabr 2017 13:33

Qadının ölümünə səbəb olan sürücü tutuldu

21 Sentyabr 2017 13:29

Balakən SİLKƏLƏNDİ

21 Sentyabr 2017 13:28

Bakı Ali Neft Məktəbi Prezident təqaüdü alan tələbələrin sayına görə ölkə rekordu vurub

21 Sentyabr 2017 13:27

Vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

21 Sentyabr 2017 13:26

Balakəndə zəlzələ

21 Sentyabr 2017 13:24

Baş nazirin corabları BMT-nin iclasında gündəm oldu - FOTO

21 Sentyabr 2017 13:23

Nazəninin başına İŞ GƏLDİ: “Varlı kişi məni çağırdı masasına, əlini saldı boynuma...”

21 Sentyabr 2017 13:18

İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

21 Sentyabr 2017 13:17

Zaqatalada zəlzələ olub

21 Sentyabr 2017 13:17

Mesut Özilin nişanlısı xəstəxanalıq oldu

21 Sentyabr 2017 13:17

"Bu il Azərbaycanla Aİ arasında sazişin imzalanmayacaq"

21 Sentyabr 2017 13:14

ABŞ və Şimali Koreya: Dünyanı hansı fəlakət gözləyir?

21 Sentyabr 2017 13:14

Moskvada miqrantların iştirakı ilə kütləvi dava olub, 250 nəfər saxlanılıb

21 Sentyabr 2017 13:12

Acun Ilıcalı toyunda 4 gəlinlik dəyişən həyat yoldaşının GƏLİNLİKLƏRİNƏ SƏRVƏT xərclədi - FOTO

21 Sentyabr 2017 13:08

Nazir müavini: "Yeni sazişdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı da öz əksini tapıb"

21 Sentyabr 2017 13:07

İNTİQAM: Sevgilisinin porno görüntülərini yaydı

21 Sentyabr 2017 13:06

UEFA-dan inqilabi yenilik - Milli komandalar yarışacaq

21 Sentyabr 2017 13:03

Həyat yoldaşını, qızını döydü

21 Sentyabr 2017 13:00

Natavan "Hozu"ya klip hazırladı - VIDEO

21 Sentyabr 2017 12:59

Çiyin ağrılarının səbəbi nədir?

21 Sentyabr 2017 12:58