Dörd sabiq nazir rüşvətxorluqda ittiham olunur

Dörd sabiq nazir rüşvətxorluqda ittiham olunur
10:46 6 Yanvar 2015
154 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Böyük Millət Məclisinin araşdırma komissiyası müxalifət tərəfindən rüşvətxorluqda ittiham olunan 4 sabiq nazirin ali məhkəməyə verilməsinə qarşı çıxıb. Komissiyada baş tutan səsvermə əsasında belə bir qərar qəbul olunub.

ANS PRESS-in məlumatına görə, 2013-cü ildə ölkənin sabiq maliyyə naziri Zəfər Çağlayan, sabiq Avropa Birliyi naziri Egemən Bağış, sabiq daxili işlər naziri Müəmmər Gülər və sabiq ətraf-mühit naziri Ərdoğan Bayraqdarın telefon danışıqları gizli şəkildə dinlənilmiş, onların rüşvət almasına dair şübhələr yaranmışdı. Adı çəkilən hökumət nümayəndələri bir qədər sonra vəzifələrindən istefa verdilər.

İstefada olan həmin nazirlər prezident Rəcəb Tayyib Ərdoğanın siyasi tərəfdaşlarıdır.

Türkiyə hökuməti gizli telefon dinləmələrinin nurçular hərəkatının hazırkı Amerika Birləşmiş Ştatlarında yaşayan lideri Fətullah Gülənin başçılığı altında yürüdülən ləkəyaxma kampaniyası olduğunu iddia edir.

Qanunsuz gizli dinləmələrlə əlaqədar onlarla polis əməkdaşı həbs olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR