Miri Yusif türkiyəli müğənni ilə münasibətlərindən danışdı

Miri Yusif türkiyəli müğənni ilə münasibətlərindən danışdı
16:03 1 Dekabr 2016
123 Şou
Ölkə mətbuatı
A- A+

Miri Yusif Murad Dalkılıçla dost olmaq istədiyini deyib.

Publika.az xəbər verir ki, Miri Yusif dekabrın 31-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Ən Yeni İl" konserti ilə bağlı təşkil olunan mətbuat konfransında iştirak edib. Miri Yusif bildirib ki, stadionda böyük auditoriya qarşısında çıxış etmək onun üçün böyük təcrübədir. O, konsertdə türkiyəli ulduzlarla birlikdə çıxış etməkdən məmnunluğunu ifadə edib: "Heç bir ulduza paxıllıq etmirəm, ümumiyyətlə belə duyğular mənə yaddır. Murad Dalkılıç bu yaxınlarda verdiyi müsahibədə bildirib ki, azərbaycanlı müğənnilərdən yalnız məni tanıyır və mahnılarımı dinləyir. Bu sözlərdən sonra mən onunla yalnız dost olmaq istəyərəm".

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/178140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR