Millimizin yeni gözəli Bakıya 2 ayda 1 dəfə gələcək: "Orda yaşamaq çətin olacaq"

Millimizin yeni gözəli Bakıya 2 ayda 1 dəfə gələcək:   "Orda yaşamaq çətin olacaq"
16:27 1 Dekabr 2016
772 İdman
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, karate millimiz yeniyetmələr və gənclər arasında dünya və Avropa çempionu olmuş Dorota Baltsiarovanı milliləşdirib.


Fanat.Az xəbər verir ki, Çexiyada yaşayan slovakiyalı idmançı Bakıda olarkən "Vestnik Kavkaz"a müsahibə verib.


- Siz necə Azərbaycan millisinə düşdünüz?

- Bu, kata üzrə məşqçi Vahid Eyvazovun sayəsində baş verdi. O, dünya çempionatında mənə yaxınlaşaraq, Azərbaycanı təmsil etməyim üçün bu ölkə komandası ilə müqavilə bağlamağı təklif etdi. Çox oxşar hədəfimiz var. Mən Avropa və dünya çempionu olmaq, Olimpiya Oyunlarında iştirak etmək istəyirəm. Bu idmançılar üçün şəraiti olan, amma hələ ki karatenin kata növündə yaxşı səviyyədə olmayan Azərbaycana da aiddir. Ona görə də birlikdə işləməyə başladıq.


- Azərbaycanda karate ilə çoxdan məşğul olurlar. Yığmanın üzvü olanədək siz Azərbaycandan Rafael Ağayev haqda nəsə eşitmişdiniz?

- Bəli, əlbəttə. Mən Rafael Ağayevi artıq çoxdan tanıyıram. O, karatenin əfsanəsidir. Mən bir neçə nəfəri tanıyır, onların böyük çempionatlarda necə yarışdıqlarını xatırlayıram. İndi biz dostuq.


- Öz məşqlərinizi necə dəyərləndirirsiniz?

- Hazırda mən Çexiyada məşq edirəm. Burda yaşamaq bir qədər çətin olacaq. Çünki mən hələ Çexiyada təhsil alıram, orda qızım var. Burda məşq etmək, orda isə yaşamaq çətin olacaq. Amma Azərbaycanda məşq bazaları var və mən cənab Eyvazovla əməkdaşlıq edəcəyəm. Biz birgə məşq edəcəyik, ola bilsin, 2 ayda 1 dəfə. Hərçənd, biz mümkün qədər çox məşq etmək istəyirik. Çünki bu, məşqçi ilə bir istiqamətdə hərəkət etmək üçün çox vacibdir.


- Bakı haqda nə düşünürsünüz?

- Sevimli şəhərdir. Mənə hələ ki burda çox vaxt keçirmək qismət olmayıb, ancaq mən artıq mətbəxinə dəyər vermişəm. Yeməyi sevirəm. Məncə, Azərbaycan mətbəxi bizimkinə bənzəyir. Amma Bakıda elə də çox vaxt keçirə bilmədik. Fikrimcə, bizim şəhəri hələ yaxşı tanımaq üçün imkanımız olacaq.


- Sizin növbəti yarışlarınız hansılardır?

- Növbəti çempionat yanvarda Parisdə keçiriləcək. Premyer Liqa Karate1 ən böyük yarışlardan biridir. Bu il K1 üzrə 11 yarış keçiriləcək və birincisi Parisdə olacaq. Martda mən yenidən Bakıda olacağam və mənim bu şəhəri yaxşı tanımaq imkanım olacaq.


- Deməli, Parisdə siz Azərbaycanı təmsil edəcəksiniz?

- Bəli!


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-yeni-gozli-bakya-2-ayda-1-df-glck-t54619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR