Bakıda at 20 yaşlı oğlanı sürüdü

Bakıda at 20 yaşlı oğlanı sürüdü
16:32 1 Dekabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda at 20 yaşlı oğlanı sürüyüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsi Mehdi Hüseynzadə ev 1 ünvanının qarşısında qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Rəhimov Qulaməli Nadir oğlu yenicə aldığı ata minib sürmək istəyib. At hürküb. Atın kəndirinin Q.Rəhimovun ayağına keçməsi nəticəsində heyvan gənc oğlanı bir neçə metr irəli sürüyüb. Yalnız qonşuların müdaxiləsi ilə atı saxlamaq mümkün olub.

Q.Rəhimov ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR