Salyanda 17 yaşlı oğlan bacısını qətlə yetirib

Salyanda 17 yaşlı oğlan bacısını qətlə yetirib
16:32 1 Dekabr 2016
229 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan.1 dekabr.REPORT.AZ/ Salyan rayonunda qətl hadisəsi baş verib. 
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xurşud kəndində qeydə alınıb. 
Belə ki, ailə-məişət münaqişəsi zəmnində həmin kəndin sakini, 17 yaşlı Əkbər Rauf oğlu Əsədov bacısı, 18 yaşlı Fərqanə Əsədovanın ürək nahiyəsindən bir bıçaq zərbəsu vuraraq onu qətlə yetirib. 
Bacısını qətlə yetirdikdən sonra Ə.Əsədov Salyan Rayon Polis Şöbəsinə (RPŞ) gələrək könüllü təslim olub. O, bacısını qətlə yetirdiyi bıçağı da özü ilə RPŞ-yə gətirib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR